[b]Milli üzvü oynadı, komandası bərabərliyə razılaşdı[/b]
26.10.2017 - 02:04
[b]Milli üzvü oynadı, komandası bərabərliyə razılaşdı[/b]

Portuqaliya Sequndasında XII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası da npvbəti oyununa çıxıb.

 

“Zolaqlılar” səfərdə “Nasionla”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Matça start heyətində başlayan Budaq 90 dəqiqə meydanda olub. 

Qeyd edək ki, 12 oyundan sonra aktivində 14 xal olan “Sportinq” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.