Futzal üzrə Avropa çempionatının final mərhələsinə yekun vurulduqdan sonra milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda 158 komanda yer alıb.
Azərbaycan millisi cədvəldə 1 pillə irəliləyib. Tino Peresin yetirmələri 1395 xalla dünyanın 11-ci komandasıdı. Yığmamızın ilk “onluğ”un astanasınadək irəliləməsinə III yer uğrunda oyunda Qazaxıstana 2:5 hesabı ilə uduzan Serbiyanın geriləməsi səbəb olub. Bu matçdan sonra millimiz balkanlıları keçib.
DÇ-2016-nın pley off mərhələsində komandamızın rəqibi olan Hollandiya isə 1237 xalla planetin 23-cüsüdü. Yığmamız rəqibi son günlərdə 1 pillə geriləyərək, Avstraliyanı da önə buraxıb.
Qeyd edək ki, siyahıya 7-ci dəfə Avropa çempionu tituluna yiyələnən İspaniya başçılıq edir – 1948 xal.
Dünyanın ən güclü 15 millisi
1. İspaniya - 1948
2. Braziliya - 1919
3. Rusiya – 1740
4. İtaliya – 1656
5. Argentina – 1620
6. İran - 1613
7. Portuqaliya - 1550
8. Ukrayna – 1484
9. Qazaxıstan – 1441
10. Yaponiya – 1430
11. AZƏRBAYCAN – 1395
12. Serbiya - 1394
13. Paraqvay – 1376
14. Kolumbiya – 1353
15. Sloveniya – 1336
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”