Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 25-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət yığmamızın yubiley qolunu İlkin Sadıqov vurub.
Rusiya-2 ilə dünən keçirilən matçın 30-cu dəqiqəsində fərqlənən futbolçumuz yığmamızın bu turnirdəki çıxışları tarixində yubiley qolunun müəllifi olub.
Belə ki, komandamızın 4:2 hesablı qələbəsinədək 26 matça çıxan futbolçularımız 24 qol vurub, 41-ni buraxmışdı. Rusiyalılarla matçdakı ilk top isə 25-ci olub.
Qeyd edək ki, yığmamız 2009-cu ildə debüt etdiyi turnirə 7-ci dəfə qatılır.