[b]Millimiz 6 xal itirdi[/b]
31.01.2018 - 13:30
[b]Millimiz 6 xal itirdi[/b]

Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Moldova ilə yoldaşlıq görüşü keçirən Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişməyəcək. Apasport.az saytının məlumatına görə, rəqibi ilə qolsuz bərabərə qalan komandamız 118-ci pillədəki yerində qalacaq.

 

Halbuki qələbə təqdirində millimiz 3 pillə irəliləyə bilərdi. Son siyahıda 281 xalla 118-ci olan Qurban Qurbanovun yetirmələri Moldova ilə görüşdən ciddi fayda əldə edə bilməyib. Əksinə, heç-heçə 6 xal itkisinə səbəb olub.

 

Qarşılaşmanın aşağı dəyərləndirilməsi 4 ilin nəticələrinə görə hesablanan reytinqimizə də az təsir edib.