[b]Millimiz turnirə yollanır [/b]
25.10.2017 - 15:01
[b]Millimiz turnirə yollanır [/b]

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz Türkiyədə təşkil olunacaq beynəlxalq turnirdə “2017 Mercedes Benz Aegean Cup İnternational Youth Tournament”də qüvvəsini sınayacaq.

 

Noyabrın 19-da start götürəcək turnir ayın 26-a qədər davam edəcək. Yığmamız Türkiyə, Kosovo və Albaniya komandaları ilə birgə A qrupunda mübarizə aparacaq.