Azərbaycan millisi Qazaxıstanda keçirilən ənənəvi “Prezident kuboku”nda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 9-cu dəfə təşkil olunan yarışda ölkəmizi 17 yaşadək futbolçulardan ibarət yığmamız təmsil edəcək.
Əvvəlki illərdə Astana və Almatıda təşkil olunan yarış ilk dəfə Şımkent şəhərində baş tutacaq. Artıq turnirin dəqiq tarixi və iştirakçıların tam siyahısı da dəqiqləşib.
Avqustun 7-də start götürəcək “Prezident kuboku” ayın 13-dək davam edəcək. Turnirdə Qazaxıstanın iki yığması, Azərbaycan, Rusiya, İran, Qırğızıstan, Albaniya və Tacikistan mübarizə aparacaq.
Qeyd edək ki, 8-ci dəfə təmsil olunduğumuz turnirdə bir kubok qazanan U-17 2011-ci ildə hamıdan güclü olub.