[b]Millimiz Antalyaya hansı heyətlə gedəcək?[/b]
06.01.2015 - 18:37
[b]Millimiz Antalyaya hansı heyətlə gedəcək?[/b]

Yanvarın 10-dan 25-ə qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanışa dəvət olunmuş futbolçuların siyahısı müəyyənləşib.

 

Siyahıda “Qəbələ”nin 4, “Neftçi” və “Bakı”nın isə 3 oyunçusu yer alıb: Tural Osmanov, Oruc İsmayılov, Ömər Buludov (hamısı “Neftçi”), Tamerlan Məcidov, Ülvi Kələşov (hər ikisi “Rəvan”), Elvin Dəmirov, Xəyal Əmirli, Amin Seydiyev, Hacıağa Hacıyev (hamısı “Qəbələ”), Kənan Zülfüqarov (“Qarabağ”), Nicat Süleymanov, Yusif Cəfərov, Famil Camalov (hamısı “Bakı”), Qara Qarayev, Elçin Əliyev, Xaliq İbrahimov (hamısı “Əlincə”), Ravil Yusifli (“Simurq”), Murad Məmmədxanov (“Sumqayıt”), Ruslan Bediev (“Saburtalo”), Kazım Birkan (“Qaziosmanpaşa”), Murtuzəli Abakarov (MOİK), Səid İbadov (“Tom”), Ziya Əzizov (“Brabant Yunayted”), Anton Krivotsyuk (klubsuz).