[b]Antirekord təkrarlandı[/b]
09.11.2017 - 23:18
[b]Antirekord təkrarlandı[/b]

21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində növbəti oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Almaniya ilə qarşılaşıb.

 

Matçdan 0:7 hesablı darmadağınla ayrılan komandamız antirekordunu təkrarlayıb. Belə ki, yığmamız sonuncu dəfə iki il bundan əvvəl qapısında bu qədər qol görmüşdü.

 

AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Avstriya ilə qarşılaşan yığmamız Sankt-Polten şəhərində oynanılmış matçda da 7 cavabsız qola üzülmüşdü.

 

Qeyd edək ki, ilk acınacaqlı məğlubiyyət səfərdə qeydə alınsa da, ikinci antirekord doğma divarlar arasında reallaşıb.

0