Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın ilk cədvəlində ciddi dəyişikliklər olmayıb.
Azərbaycan millisi bunadək qərarlaşdığı 12-ci pillədəki mövqeyini qoruyub. Hesabında 1391 xal olan yığmamız son aylardakı geriləməyinə son verib.
Yığmamız bu gün Daşkənddə start götürən beynəlxalq turnirdə xal hesabını artırmaqla siyahıda irəliləməyə çalışacaq. Bunun üçün ilk rəqib olan Qazaxıstanla görüşdə də qələbə qazanmalıdı. Bugünkü rəqibimiz 1181 xalla dünyanın 29-cusudu. Digər rəqiblərimizdən Belarus 1233 xalla 22-ci, meydan sahibləri 1287 xalla 18-cidi.
Dünyanın ən güclü 12 millisi
1. İspaniya - 1915
2. Braziliya - 1910
3. İtaliya - 1746
4. Rusiya – 1743
5. Argentina – 1684
6. Portuqaliya - 1620
7. İran - 1584
8. Ukrayna – 1472
9. Kolumbiya - 1415
10-11. Çexiya - 1399
10-11. Yaponiya - 1399
12. AZƏRBAYCAN – 1391
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək