[b]Millimiz Rusiya ilə oyunlara 24 futbolçu ilə hazırlaşacaq[/b]
18.02.2016 - 10:59
[b]Millimiz Rusiya ilə oyunlara 24 futbolçu ilə hazırlaşacaq[/b]

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayır. Apasport.az saytının məlumatına görə, bu il Azərbaycanda keçiriləcək AVRO-2016-nın final mərhələsinə hazırlaşan millimiz toplanışı martın 4-dək davam etdirəcək.

 

Təbriz Həsənovun yetirmələri hazırlıq çərçivəsində Rusiya millisi ilə iki yoxlama matçında qüvvəsini sınayacaq.

 

Fevralın 23-də və 25-də baş tutacaq matçlar öncəs start götürən toplanışa 24 futbolçu çağırılıb: Bunlar Murad Popov, Cavidan Qasımlı, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Elçin Əsədov, Aslan Bədəlzadə, Ərziman Rizvanov, Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov (hamısı “Neftçi”), İsmayıl Babayev, Ricat Qarayev, Aqşin Hüseynov (hamısı “Sumqayıt”), İbrahim Qədirzadə, Yusif  Həsənov (hər ikisi “Xəzər Lənkəran”), Ceyhun  Muxtarlı, Süleyman Əhmədov (hər ikisi “İnter”), Murad Qayalı, Rövşən Şahmuradov (hər ikisi “Zirə”), Omid Derrah (“Vətən”), Nicat Mehbalıyev (“Bakı”), Hüseyn Seyliqli, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), Murad Mahmudov (“Leypsiq”, Almaniya) və Timur Cabbarovdu (“Master-Saturn”, Rusiya).