Aprelin 12-də açıqlanacaq milli komandaların FİFA reytinqi ilə bağlı yekun təxminlər bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması proqnozlaşdırılan cədvəldə 1 pillə irəliləyib.
Lakin bu siyahıda Qurban Qurbanovun yetirmələrinin 2 şəriki peyda olub. Yığmamız martın 15-də açıqlanan rəsmi cədvəldə 243 xalla 127-ci olsa da, indi 245 xalla planetin 126-cı komandası adına şərikdi.
Komandamız 126-128-ci yerləri Sudanla Sent-Kitts və Nevislə bölüşür. Bu yığmaların ikisi də böyük geriləmə ilə yığmamızın mövqeyinə düşüb. Ümumiyyətlə, komandamızın qonşuluğundakı pillələrdə böyük dəyişikliklər qeydə alınıb.
Millimizin 2 xal qazanmasına keçirdiyi iki yoxlama oyunu səbəb olub. Belarusa 0:1 hesabı ilə uduzub, Makedoniya ilə 1:1 hesablı heç-heçə etməsi xal hesabını zənginləşdirib. Bu da bir addım irəliləyiş üçün yetərli olub.
Millimiz və qonşuları
122 (129). Tailand - 253
123 (112). Ruanda – 252
124 (139). Antiqua və Barbuda - 251
126 (127). Azərbaycan – 245
126 (117). Sudan - 245
126 (107). Sent-Kitts və Nevis – 245
129 (114). Türkmənistan - 242
129 (128). Toqo – 242
Dünyanın ən güclü 10 komandasının siyahısında da dəyişikliklər olacaq. Düzdü, “onluğ”un tərkibi dəyişməyəcək. Lakin 3-10-cu yerlərdəki komandalar yerdəyişmələrə məruz qalacaq.
İlk onluq
1 (1). Almaniya - 1533
2 (2). Braziliya - 1384
3 (5). Belçika - 1346
4 (3). Portuqaliya - 1306
5 (4). Argentina - 1254
6 (8). İsveçrə - 1179
7 (9). Fransa – 1166
8 (6). İspaniya – 1162
9 (10). Çili – 1146
10 (7). Polşa - 1118
Apreldə açıqlanacaq rəsmi siyahıda millimizin rəqiblərindən Qırğızıstan 40, Kosovo 24, Farer adaları 3 pillə irəliləyəcək. Təxmini siyahıya əsasən gələn ay Latviya 8 addım geriləyib. Malta isə yerində qalıb.
Millimizin rəqibləri
75 (115). Qırğızıstan - 424
94 (97). Farer adaları - 364
139 (131). Latviya - 217
152 (176). Kosovo - 164
185 (185). Malta - 62
Qeyd edək ki, qonşu Türkiyə millisi 37-ci yerə yüksələcək. Bir addım irəliləməyi gözlənilən “ay-ulduzlular”ın hesabında 714 xal olacaq.