[b]Millimizin ABŞ-la oyunu “Kandlstik Park”da bir ilk olacaq[/b]
10.03.2014 - 14:43
[b]Millimizin ABŞ-la oyunu “Kandlstik Park”da bir ilk olacaq[/b]

Millimiz ilk dəfə əsas yığmalar çərçivəsində ABŞ-la üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, elə bizim vaxtla mayın 28-i səhər saatlarında baş tutacaq görüşün məkanı da bir ilkə imza atacaq.

Belə ki, Yürgen Klinsmanın yetirmələri yoldaşlıq oyununun keçiriləcəyi “Kandlstik Park” arenasında ilk oyununu keçirəcək. Bu ilk isə yığmamızla görüşdə gerçəkləşəcək. Ümumiyyətlə, “yankilər” San-Fransisko şəhərində indiyədək cəmi 1 oyun keçirib. Bu da 2006-cı ildə “AT&T Park” stadionunda olub. Həmin görüşdə ABŞ Yaponiyanı yoldaşlıq görüşündə çətinliklə məğlub etməyi bacarmışdı – 3:2.

Qeyd edək ki, 2000-ci ilədək “San-Fransisko Cayents” beysbol və ötən ilə kimi “San-Fransisko Forti Nayners” Amerika futbolu komandalarının doğma meydanı olan “Kandlstik Park” ilin sonunda bağlanacaq. Millimizlə görüş isə vaxtı ilə “Monster Park” adlandırılmış arenada keçiriləcək son 3 hadisədən biri olacaq.