[b]Yığmamızın futbolçusu ABŞ-dakı çətinlikdən danışdı [/b]
26.05.2014 - 09:40
[b]Yığmamızın futbolçusu ABŞ-dakı çətinlikdən danışdı [/b]

“Toplanış yüksək səviyyədə təşkil olunub. Komanda daxilində ab-hava çox yaxşıdır. Tək çətinliyimiz saat fərqinin olmasıdır. Buna da uyğunlaşmağa çalışırıq. Oyuna qədər tam hazır olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu millimizin hücumçusu Cihan Özkara deyib.

 

Millimiz ABŞ-la keçirəcəyi yoldaşlıq oyununun hazırlıqlarını davam etdirir. Hazırlıqlarda ötən həftə “Sivasspor”la 2 illik yeni müqavilə bağlayan Cihan Özkara da var.

 

Özkaranın fikrincə, amerikalılarla qarşılaşma hər 2 yığma üçün çox vacibdir: “ABŞ yığması haqda kifayət qədər məlumatımız var. Yurgen Klinsmannın komandası Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Bu qarşılaşma həm onlar, həm də bizim üçün əhəmiyyətlidir. ABŞ millisi üçün dünya çempionatı öncəsi son sınaqlardan biridirsə, bizim üçün güclü rəqiblə oyunda hazırlığımızın hansı səviyyədə olmasını bilməyimiz baxımından vacibdir. Təbii ki, hər birimiz çalışıb bu görüşdən maksimum nəticə ilə ayrılmaq istəyirik”.

 

Qeyd edək ki, millimiz ABŞ-la mayın 28-də Bakı vaxtı ilə saat 07:00-da qarşılaşacaq.