[b]Millimizin hücumçusu Prosineçkidən azadlıq istəyir[/b]
03.12.2014 - 17:05
[b]Millimizin hücumçusu Prosineçkidən azadlıq istəyir[/b]

“Robert Prosineçkinin məşqçiliyi haqda o qədər də məlumatlı deyiləm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Simurq” klubunun hücumçusu Rəşad Eyyubov deyib.

 

Gənc hücumçu Prosineçkinin gəlişinin hücumçular üçün xeyirli olacağını bildirib: “Prosineçki texnikalı futbolçu olub. Mənim kimi futbolçular üçün bu, çox vacibdi. Ümid edirəm ki, onun gəlişindən sonra milli komanda hücum futbolu oynayacaq və hücumçular üçün bir qədər azadlıq veriləcək. Öz dövrünün ən güclü futbolçularından olan Prosineçkinin yığmaya baş məşqçi təyin edilməsi məni çox sevindirir. Hamı kimi, mən də onun diqqətini cəlb etməyə çalışacam”.