[b]Millimizin hücumçusu Roberto Karlosa yenə lazım olmadı[/b]
13.12.2014 - 00:30
Millimizin hücumçusu Cihan Özkara yenə Roberto Karlosa lazım olmayıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının XIII turunun start matçında “Fənərbaxça” ilə qarşılaşan “Sivasspor” böyükhesabla uduzub.
İstanbul nəhənginin 4:1 hesabı ilə qalib gəldiyi görüşdə Özkara qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasında izləyib. Braziliyalı mütəxəssis ötən tur “Ərciyəsspor”la matçda olduğu kimi, yenə yığmamızın üzvünə şans verməyib.
Qeyd edək ki, “Sivasspor” hazırda 10 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0