[b]Millimizin hücumçusunun pul davası[/b]
09.01.2018 - 15:34
[b]Millimizin hücumçusunun pul davası[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz “Bursaspor”dan ayrılmaq niyyətində deyil. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, rəhbərlik tərəfindən transferə çıxarılan 30 yaşlı forvard başqa təklifləri nəzərdən keçirmir.

 

“Gənclərbirliyi” və “Ərzurumspor”un maraq dairəsində olan milliləşdirilən futbolçu onlara “yox” cavabını verdiyini söyləyib: “Klubumla müqavilə müddətim 2019-cu ilə qədərdi. Həmin vaxta qədər burda qalıb, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq istəyirəm”.

 

Oyunçunun bu qərarı verməsinin səbəbi kimi onun “Bursaspor”da yüksək məbləğdə maaş alması göstərilir. “Gənclərbirliyi” və “Ərzurumspor” hazırkı komandasındakı qazancından iki dəfə az məvacib təklif etdiyindən, Yılmazın cavabı mənfi olub. Futbolçunun bu qərarından sonra əl-qolu bağlanan “Bursaspor” rəhbərliyi onun müqaviləsinə xitam verməyə çalışır. Lakin bunun üçün oyunçunun təzminat haqqı ödənilməlidi.

 

Qeyd edək ki, “Bursaspor”un prezidenti Ali Ay bu gün yerli mətbuata açıqlamasında Dəniz Yılmazla qış fasiləsində yollarını ayıracaqlarını bildirib.