“İspaniya çətin rəqibdi, amma Azərbaycan millisi də asan yeniləcək komanda deyil. Artıq 5-ci dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Deməli, kifayət qədər təcrübəmiz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Rizvan Fərzəliyev deyib.
Yığmamızın kapitanı Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında AVRO-2018-in final mərhələsinin bu gün Sloveniyanın Lyublyana şəhərində baş tutan püşkatmasını dəyərləndirib: “Oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmalıyıq. Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünmürük. Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridir. Sonuncu dünya çempionatında büdrəsələr də, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəldikdə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər. Üstəlik, play-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndi. Deməli, Fransa komandası hazırda yüksəlişdədir. Bir faktı da vurğulayım ki, yığmamıza indi bütün komandalar hörmətlə yanaşır. Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”