[b]Torres öldü: Ramat-Qan darmadağınından Bakıdakı qovulmayadək [/b]
25.10.2016 - 19:56
[b]Torres öldü: Ramat-Qan darmadağınından Bakıdakı qovulmayadək [/b]

Azərbaycan yığmasının sabiq baş məşqçisi Karlos Alberto Torres vəfat edib. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.

1970-ci ilin dünya çempionatının qalibi Braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres 2004-2005-ci illərdə ölkəmizdə çalışıb.

O, Azərbaycan futbol tarixinə düşüb. Cənubi amerikalı milli komandamızın tarixində ilk əcnəbi məşqçi idi.

 

2004-cü ilin əvvəlində AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin təşəbbüsü ilə yığmanın baş məşqçisi təyin olunan Torresin debütü fevralın 18-də Ramat-Qanda gerçəkləşib. İsrail yığması braziliyalının siftəsini acınacaqlı darmadağınla “bəzəyıb” – 0:6. Onun ölkəmizdə yaşadığı digər iki böyük hesablı məğlubiyyət DÇ-2006-nın seçmə mərhələsində qeydə alınıb. Polşalılar millimizə Varşavada 8:0-lıq faciə yaşadıb, Bakıda Torresi istefaya göndərdi. 2005-ci il iyunun 4-də paytaxtımızdakı 0:3 hesablı yenilgi zamanı meydana daxil olub, hakimlə mübahisədən çəkinməyən çalışdırıcı qırmızı vərəqə ilə oyundan, az sonra millimizdən qovulub.

 

Lakin bunadək onun qələbələri də olub. 18 oyunda yığmamızı meydana çıxaran braziliyalı cəmi 2 dəfə sevinə bilib. Hər ikisi də yoxlama oyununda. Qazaxıstanla səfər, Özbəkistanla ev matçlarındakı 3 qollu qələbələrə həsrət qaldığımız seçmə mərhələdə Uels və Şimali İrlandiya ilə heç-heçələrlə kifayətlənmişik. Ümumilikdə 18 oyunda 2 qələbə, 6 heç-heçə, 10 məğlubiyyəti olan Torresli yığmamız 12 qol vurub, 36-nı buraxıb. Bu dövrün yaddaqalan məqamlarından biri də yığmamızın okeanın o tayına yollanıb Trinidad və Tobaqoda yerli milli ilə 2 yoxlama matçı keçirməsi olub.

 

Azərbaycan millisi Karlos Alberto Torresin rəhbərliyi altında

 

94. 18 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0

95. 31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1

96. 28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan 2:3

97. 28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan 3:1

98. 6 iyun 2004. Riqa. YO. Latviya – Azərbaycan 2:2

99. 18 avqust 2004. Əmman. YO. İordaniya – Azərbaycan 1:1

100. 4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels 1:1

101. 8 sentyabr 2004. Vyana. DÇ. Avstriya – Azərbaycan 2:0

102. 9 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – Şim. İrlandiya 0:0

103. 13 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – İngiltərə 0:1

104. 17 noyabr 2004. Bakı. YO. Azərbaycan – Bolqarıstan 0:0

105. 21 yanvar 2005. YO. Trinidad və Tobaqo – Azərbaycan 1:0

106.23 yanvar 2005. YO. Trinidad və Tobaqo – Azərbaycan 2:0

107.9 fevral 2005. Bakı. YO. Azərbaycan – Moldova 0:0

108.26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan 8:0

109.30 mart 2005. Nyukasl. DÇ. İngiltərə – Azərbaycan 2:0

110.29 may 2005. Tehran. YO. İran – Azərbaycan 2:1

111.4 iyun 2005. Bakı. DÇ. Azərbaycan – Polşa 0:3

Qeyd: oyunun keçirilmə tarixindən öncə matçın sıra nömrəsi göstərilib. DÇ – dünya çempionatının seçmə oyunu, YO – yoxlama oyunu.

 

18 oyunda Torres 47 futbolçuya şans verib. Onlardan 15-i məhz braziliyalının vaxtında millidə debüt ediblər. Çalışdırıcının yığma üçün kəşfləri Rəşad Abdullayev, Aqil Məmmədov, Sənan Qurbanov, Rafael Əmirbəyov, İlqar Qurbanov, Anatoli Ponomaryov, Samir Abasov, Rauf Mehdiyev, Daniel Axtyamov, İlqar Əbdürəhmanov, Vüqar Quliyev, Rail Məlikov, Vasif Haqverdiyev, Mikayıl Yusifov və Ruslan Məcidovdu.

Torresin vaxtında millidə ən çox oyun keçirən Mahir Şükürovdu. O, 18 oyundan 16-da meydana çıxıb. Rəşad Sadıqovun hesabında 15 oyun var. Qurban Qurbanovla Emin Quliyev hamıdan çox – 3 qol vurub. Sonuncunun cərimə zərbələri üzrə ixtisaslaşması da məhz Torresin əməyidi. Rəşad Sadıqov 2 dəfə fərqlənib.

 

Torresin vaxtında millidə oynayan futbolçular

futbolçu

oyun

qol

Mahir Şükürov

16

0

Rəşad Sadıqov

15

2

Aftandil Hacıyev

14

0

Aslan Kərimov

14

0

Nadir Nəbiyev

14

1

Qurban Qurbanov

13

3

Rafael Əmirbəyov

13

0

Emin Quliyev

12

3

Anatoli Ponomaryev

11

1

İlqar Qurbanov

11

1

Dmitri Kramarenko

9

-25

Kamal Quliyev

9

0

Rəşad Abdullayev

9

0

Mahmud Qurbanov

8

0

Cahangir Həsənzadə

7

-8

İlqar Əbdürəhmanov

7

0

Aqil Məmmədov

6

0

Daniel Axtyamov

6

0

İsmayıl Məmmədov

6

0

Rail Məlikov

6

0

Samir Abasov

6

0

Zaur Ramazanov

6

0

Samir Əliyev

5

0

Vüqar Nadirov

5

0

Emin Ağayev

4

0

Ruslan Musayev

4

0

Vüqar Quliyev

4

0

Vüsal Hüseynov

4

0

Elmar Baxşıyev

3

0

Rauf Mehdiyev

3

-2

Zaur Həşimov

2

0

Alim Qurbanov

2

1

Fərrux İsmayilov

2

0

Kənan Kərimov

2

0

Camal Məmmədov

1

0

Ceyhun Sultanov

1

0

Elçin Rəhmanov

1

0

Elman Sultanov

1

0

Emin İmaməliyev

1

0

İlham Yadullayev

1

0

Saşa Yunisoğlu

1

0

Sənan Qurbanov

1

0

Tərlan Əhmədov

1

0

Zaur Tağızadə

1

0

Mikayıl Yusifov

1

-1

Ruslan Məcidov

1

0

Vasif Haqverdiyev

1

0

 

0