“Araz”ın və futzal üzrə Azərbaycan milli komandasının üzvü Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu haqda futzalçı özü xəbər yayıb.
Belə ki, “Araz”la müqaviləsi may ayında başa çatan Qalo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəldiyini və 2018/19 mövsümünü bu komandanın heyətində keçirəcəyini bildirib: “Gələn mövsüm “Levante”də oynayacam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm”.
2016-cı ilin yayında “Araz”a cəlb edilən Qalo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib.
Qeyd edək ki, “13 nömrə” klubunu dəyişsə də, Azərbaycan millisindəki karyerasını davam etdirəcək.