[b]Millimizin oyunçuları seminarda[/b]
29.01.2018 - 16:42
Yanvarın 30-dan fevralın 10-dək keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin üzvləri seminara qatılıb. Apasport.az saytı, Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, oyun qaydalarına dəyişikliklərlə bağlı tədbir Lyublyana şəhərindəki “Austria Trend Hotel”də baş tutub.
Seminara UEFA hakim-inspektoru İvan Novak rəhbərlik edib. O, qaydalarla bağlı futzalçıların diqqət etməli olduğu məqamları çatdırıb, sualları cavablandırıb. Oyunçulara hazırlanmış videoçarx nümayiş etdirilib.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0