[b]Millimizin qapıçısı zirvəni ələ keçirdi - FOTO[/b]
23.09.2016 - 10:04
[b]Millimizin qapıçısı zirvəni ələ keçirdi - FOTO[/b]

Futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsinin oyunlarından sonra ən çox qurtarış edən qapıçıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin yekunları ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər olub.

 

Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli liderliyi ələ alıb. 4 matçda 64 “seyv”ə imza atan qolkiper 3 pillə irəliləyib. Qrup mərhələsinin lideri olan mozambikli Nelson isə 57 dəf olunan zərbə ilə 2-ci pilləyə düşüb. Vyetnamlı Dinh Thuan Nqo ilk “üçlüy”ü qapayır – 54 seyv.

 

Rövşən 4 qarşılaşmada qapısına vurulan zərbələrin 81 faizini dəf edib. O, keçirdiyi matçlarda 15 qol buraxıb. O, qapıçı olmasına baxmayaraq, son qarşılaşmada 1 qol da vurub.

 

Qeyd edək ki, qrupda Mərakeş (5:0), İspaniya (2:4) və İranla (3:3) qarşılaşan yığmamız 1/8 finalda Tailandı məğlub edib – 13:8.

0