[b]Millimizin rəqibi 1 qolla qalib gəldi[/b]
25.03.2018 - 00:01
Millətlər Liqasının D divizionunda Azərbaycanla eyni qrupda yer alan Kosovo millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Bernard Çallandesin yetirmələri Madaqaskarla üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Belə ki, Edon Jeqrova 47-ci dəqiqədə yeganə qolun müəllifi olub və Kosovoya 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, Kosovo yığması martın 27-də Burkina Faso ilə yoldaşlıq görüşü keçirəcək.
0
0