[b]Millimizin rəqibi bilindi[/b]
10.01.2015 - 00:32
[b]Millimizin rəqibi bilindi[/b]

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində qrup oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq yarışın finalçıları da müəyyənləşib.

 

Belə ki, 19 yaşadək yığma komandalar arasında baş tutacaq həlledici oyunda Rusiya və Cənubi Koreya komandaları üz-üzə gələcək.

 

5-ci yerlər uğrunda mübarizə aparacaq 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibi isə Belarus yığması olacaq. Qarşılaşma yanvarın 11-də, yerli vaxtla saat 14:30-da (Bakl vaxtı ilə saat 15:30-da) Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək.