[b]Millimizin rəqibi heyəti açıqladı[/b]
05.01.2018 - 14:41
[b]Millimizin rəqibi heyəti açıqladı[/b]

Azərbaycan milli komandasının AVRO-2018-in final mərhələsində rəqibi olan futzal üzrə İspaniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xose Venansio Lopes yanvarın 30-da start götürəcək yarışın hazırlıqlarına 25 oyunçu ilə başlamağa qərar verib.

 

D qrupunda Azərbaycan və Fransa ilə qarşılaşacaq pireneylilər Sloveniyadakı turnir üçün ilkin heyəti artıq UEFA-ya təqdim edib. Lopes həlledici qarşılaşmalara qədər 14 nəfərlik heyəti müəyyənləşdirmək üçün seçim apararaq 11 oyunçudan imtina etməlidi. Baş məşqçinin siyahısında 4 qapıçı, 8 müdafiəçi və 13 hücumçu yer alıb.

 

Qeyd edək ki, qrup mərhələsinin son turunda keçiriləcək İspaniya - Azərbaycan oyunu fevralın 4-də baş tutacaq.

 

Qapıçılar: Xesus Errero, Pako Sedano, Karlos Barron, Juanju;

 

Müdafiəçilər: Ortiz, Andresito, Mark Tolro, Lolo, Xose Ruis, Aykardo, David Qarsia, Bebe;

 

Hücumçular: Lin, Migelin, Rafa Usin, Solano, Adolfo, Xoselito, Ruben Lenos Merino, Pola, Adri, Raul Kampos, Serxio Lozano, Aleks, Daniel Saldis Martinikorena.