[b]Millimizin rəqibi iki yoxlama oyunu keçirəcək[/b]
14.02.2018 - 19:20
[b]Millimizin rəqibi iki yoxlama oyunu keçirəcək[/b]

UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yarışacaq Kosovo gələn ay iki yoxlama matçı keçirəcək. Apasport.az saytı xəbər verir ki, millimizin rəqibi martın 20-dən 27-nə qədər Fransanın paytaxtı Parisdə təlim-məşq toplanışında olacaq.

 

Kosovolular toplanış çərçivəsində əvvəlcə Madaqaskar, ardınca isə Burkina-Faso yığması ilə üz-üzə gələcəklər. Madaqaskarla qarşılaşma martın 24-də, Burkina-Faso ilə oyun isə ayın 27-də baş tutacaq. Hər iki görüş "Frankovile" stadionunda keçiriləcək.

 

Qeyd edək ki, millimiz Millətlər Liqasında Kosovo ilə sentyabrın 7-də Bakıda, noyabrın 20-də isə səfərdə gücünü sınayacaq.