[b]Millimizin rəqibi məğlub oldu[/b]
01.06.2018 - 23:00
Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərindən Malta yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, komanda Gürcüstanla qarşılaşıb.
Gürcülər 54-cü dəqiqədən etibarən azlıqda qalmalarına baxmayaraq, Quram Kaşianın 89-cu dəqiqədə penaltidən vurduğu yeganə qol sayəsində qələbə qazanıblar – 1:0.
Qeyd edək ki, Malta Millətlər Liqasında qrup mərhələsinin ikinci oyununda sentyabrın 10-da yığmamızı qəbul edəcək.
0
0