[b]Yığmamızın rəqibi tək qola sevindi[/b]
03.06.2018 - 12:21
Hazırlıq oyunlarında milli komandamızın rəqiblərindən biri olan Latviya Baltik Kubokuna start verib. Apasport.az saytının məlumatına görə, latışlar ilk oyunda Estoniya ilə üz-üzə gəliblər.
Matç rəqibimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 70-ci dəqiqədə İkaunikes vurub.
Qeyd edək ki, Latviya – Azərbaycan matçı iyunun 9-da saat 19:00-da start götürəcək.
0
0