[b]Millimizin rəqibinin baş məşqçisi komandadan gedəsi olmadı [/b]
31.12.2014 - 00:01
[b]Millimizin rəqibinin baş məşqçisi komandadan gedəsi olmadı  [/b]

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionu komandanın baş məşqçisi Antonio Kontenin "Skuadra Adzurra”nı tərk etməklə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, sözügedən qurum rəhbəri bunları təkzib edib.

 

O bildirib ki, “Yuventus”un sabiq çalışdırıcısı ən azı komandanın “sükanı arxası”nda 2016-cı ilə qədər qalacaq: “Düzdü, mətbuatda Kontenin komandadan gedəcəyi yazılır. Amma Antonio yığmaya ən azı 2 il rəhbərlik edəcək”. Bunların hamısı yalnış informasiyadı”.

 

Qeyd edək ki, İtaliya millisi AVRO-2016-nın seçmə mərhəsi çərçivəsində Azərbaycan yığması ilə eyni qrupda yer alır. Palermoda keçən oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.