[b]Millimizin rəqibində yeni baş məşqçi[/b]
11.05.2018 - 00:05
[b]Millimizin rəqibində yeni baş məşqçi[/b]

Latviya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə ölkənin futbol federasiyası rəsmi açıqlama yayıb.

 

Bildirilib ki, finlandiyalı baş məşqçi Miksu Patelayinen ilə anlaşma əldə edilib. Onunla UEFA Millətlər Liqasının qrup oyunlarının sonuna qədər müqavilə imzalanıb. Əgər komanda öz qrupunda birinci yer tutsa, çalışdırıcı ilə müqavilə avtomatik qaydada Avro-2020-nin seçmə mərhələsinin sonuna kimi uzadılacaq.

 

Patelayinen gələn həftənin ortalarında rəsmən təqdim olunacaq. 51 yaşlı fin məşqçi 2011-2015-ci illərdə Finlandiya yığmasına rəhbərlik edib.

 

Qeyd edək ki, Latviya yığması iyunun 9-da Dauqavada millimizlə yoldaşlıq oyunu keçirəcək. Bundan öncə isə komanda Baltik Kubokunda mübarizə aparacaq.