Azərbaycan yığmasının sabiq futbolçusu Rizvan Umarov karyerasını Estoniyada davam etdirəcək. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Trans” klubunun düşərgəsinə qoşulub.
Umarov bundan sonra Narva təmsilçisinin formasını geyinəcək.
Əsas yığmamızla yanaşı, U-19 və U-21 millilərimizdə də çıxış edən Umarov 5 il öncə ispaniyalı seleksionerlərin diqqətini cəlb etmişdi. 2011-ci ildə “Valensiya”da baxışda olan və “yarasalar”ın əvəzedici heyətində məşq keçən Rizvan 2011-2013-cü illər ərzində bu ölkənin “Kastelyon” və “Elçe” klublarında çıxış edib.
Qeyd edək ki, əsas yığmamızda bu vaxta qədər 3 oyun keçirmiş Rizvan Umarovun debüt matçı 2012-ci ildə Sinqapurla yoldaşlıq görüşünə təsadüf edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”