[b]Millimizin üzvü “Barselona” ilə matçda “fərqləndi”[/b]
26.10.2015 - 10:58
[b]Millimizin üzvü “Barselona” ilə matçda “fərqləndi”[/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya La Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçunun formasını geyindiyi “Eybar” son çempion “Barselona”a ilə qarşılaşıb.

 

IX tur çərçivəsində baş tutan görüşdə Eddi 45 dəqiqə meydanda olub. Fasilədən sonra Dani Qarsiyanı əvəzləyən İsrafilov 90+3-cü dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”. Oyun isə “Barselona”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Eybar” 10-cu dəqiqədə Dani Qarsiya ilə hesabı açsa da, Luis Suaresin het-triki (21, 48, 85) “Barselona”ya 3:1 hesablı qələbə qazandırıb.

 

Qeyd edək ki, La Liqanın IX turundan sonra “Eybar” topladığı 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.

0