[b]Millimizin Yaponiya və Rusiya ilə oyunlarının vaxtı bilindi[/b]
01.01.2015 - 23:42
[b]Millimizin Yaponiya və Rusiya ilə oyunlarının vaxtı bilindi[/b]

Yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycanın U-19 yığmasının keçirəcəyi oyunların vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimiz yanvarın 3-də start götürəcək turnirin açılış günündə Yaponiya ilə qarşılaşacaq.

 

Asiya təmsilçiləri ilə görüş saat 15:15-də başlayacaq.

 

Komandamızın ikinci oyunu isə 1 gün sonra, yerli Rusiya-2 komandasına qarşı olacaq. Həmin matç saat 16:30-da start götürəcək.