“Ola bilsin Kamran Ağayevin şəxsi ailə problemləri var və bunu heç kimə demir. Bu səbəbdən azarkeşlərlə, rəqib futbolçularla, hətta artıq jurnalistlərlə də problem yaşayır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan millisinin məşqçisi Faiq Əzizov deyib.
Yığmada qapıçılarla işləyən məşqçi olan Əzizov millinin qolkiperi olan Ağayev haqda danışıb. O bildirib ki, elədiyi hərəkətləri ilə bağlı Kamranla söhbətləşib: “İnter”lə oyundan sonra təxminən 20 dəqiqə danışdıq. Özünə də dedim ki, bütün dünyada azarkeş futbolçunu söyür. Jurnalist də futbolçu zəif oynayanda onu tənqid edəcək. Yaxşı oyna, yaxşı yazsınlar. Millidə yaxşı dayananda, səni tərifləyən elə həmin jurnalistlər idi. Bütün media səni “bir nömrə” sayırdı. İndi tənqid yazanda pis oldular? Hamısını dedim, özü də başını aşağı saldı. Hətta orda gördüm ki, jurnalistlərdən biri ona yaxınlaşıb açıqlama almaq istədi. Ancaq danışmadı və ona düz eləmədiyini söylədim. Jurnalist yaxınlaşıb futbolla bağlı soruşursa, cavab verməlisən. Yaxud, azarkeş səni söyürsə, sən onları alqışla”.
Əzizov Kamranla milli barədə daha ciddi danışdığını vurğulayıb: “Dedim ki, qış hazırlığını yaxşı keçməlisən. “Qəbələ” Antalyaya təlim-məşq toplanışına gedəcək və biz də milli üzvlərinin hazırlığını izləyəcəyik. Dedim ki, öz üzərində işlə və artır. Əgər elə həmin Kamran olsan, o zaman bizdən incimə” (rekord.az).
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı