[b]Mirça Luçesku yubiley matçını keçirdi[/b]
06.12.2014 - 02:01
[b]Mirça Luçesku yubiley matçını keçirdi[/b]

“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Ukrayna Premyer Liqasının X turunda “Qoverla”nı 4:1 hesablı ilə məğlub etdikləri matçda yubiley oyununa çıxıb.

 

Belə ki, Luçesku Donetsk klubunun heyətində 500-cü rəsmi görüşünü keçirib.

 

Qeyd edək ki, “Qalatasaray”ın sabiq çalışdırıcısı “Şaxtyor”da ilk rəsmi matçına 22 may 2004-cü il tarixində çıxıb. Həmin qarşılaşmada Donetsk təmsilçisi “Karpat”a 5:0 hesabı ilə qalib gəlmişdi. Mirça Ukrayna çempionatında 319, ölkə kubokunda 58 və avrokuboklarda 123 görüşdə “Şaxtyor”a rəhbərlik edib ki, bunlardan da 350-sində qələbəyə sevinib. 74 oyunda qalib müəyyənləşməyib və 76 matçda üzülüb. Topların fərqi: - 1046 - 379.