[b]Mişel Platini Bakıya gələcək[/b]
08.09.2015 - 11:25
[b]Mişel Platini Bakıya gələcək[/b]

UEFA-nın prezidenti, FİFA prezidenti vəzifəsinə namizəd Mişel Platini bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onu Azərbaycana AFFA dəvət edib.

 

Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

 

Xatırladaq ki, Platini Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.