[b]Modriç Şukerə çatdı[/b]
02.01.2018 - 10:46
[b]Modriç Şukerə çatdı[/b]

Xorvatiyada 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu ada yenə “Real”ın yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

 

Beləliklə, ulduz futbolçu 6-cı dəfə ölkəsində ilin ən yaxşısı seçilib. Bununla Modriç hazırda Xorvatiya Futbol Federasiyasının prezidenti postunu tutan Davor Şukerə məxsus rekordu təkrarlayıb.

 

Qeyd edək ki, Luka Modriç 2017-ci ildə “Real”la La Liqa, Çempionlar Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.