[b]Moldova Azərbaycanla oyuna itki ilə çıxacaq[/b]
29.01.2018 - 18:10
[b]Moldova Azərbaycanla oyuna itki ilə çıxacaq[/b]

Sabah Azərbaycan millisi ilə yoxlama matçı keçirəcək Moldova yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibimizin qapıçısı Nikolay Kalança komandasının düşərgəsini tərk edib.

 

Yığma ilə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan futbolçu hazırlığı yarımçıq dayandıraraq, Rumıniyanın “Universitatiya” (Krayova) klubuna qayıdıb. Buna klubun həftəsonu vacib oyuna çıxması səbəb olub. Belə ki, hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan və medallar uğrunda mübarizə aparan krayovalılar Buxarest “Dinamo”su kimi güclü rəqiblə üz-üzə gələcəklər.

 

Qeyd edək ki, 32 yaşlı Kalança millidə 19 oyun keçirib.