“Çelsi”nin hücumçusu Alvaro Morata mövsümün sonunda komandasını dəyişmək qərarına gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı forvard yenidən “Yuventus”un formasını geyinmək niyyətindədi.
“Zadəganlar”da əsas heyətə düşə bilməyən İspaniya millisinin üzvü “qoca sinyora” ilə bu barədə danışıq aparıb. Tərəflər artıq ortaq məxrəcə gəliblər. İndi qalır “Yuventus”un “Çelsi”ni razı salması. İtalyanları narahat edən əsas məqam London təmsilçisinin Moratanı ötən il 80 milyon avroya alması və bu qiymətə də satmaq istəməsidi.
“Yuve” ulduz futbolçunu ikiillik icarəyə götürməyi və 2020-ci ildə birdəfəlik transfer etməyi planlaşdırır.