Hollandiya futbolunun yetişdirdiyi ən güclü müdafiəçilər arasında göstərilən Frank de Bur “Mançester Yunayted”in Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmasını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis “qırmızı şeytanlar”ın uğursuzluğunu baş məşqçi Joze Mourinyo ilə əlaqələndirib.
Ötən il qısa müddət “Kristal Pelas”ı çalışdırmış de Bur bildirib ki, transferlərə külli miqdarda vəsait xərclənməsinə baxmayaraq, portuqaliyalı mütəxəssisin komandası normal futbol göstərmir: “Ola bilsin ki, mən Premyer Liqa tarixinin ən pis məşqçisiyəm. Amma Mourinyo o məşqçilərdəndi ki, 1 milyard funt-sterlinq pul xərcləyib, komandasının oynadığı futbol da budu”.
Qeyd edək ki, “Mançester Yunayted” Çempionlar Liqasının 1/8 final mərhələsində “Sevilya”ya məğlub olaraq mübarizəni dayandırıb.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi