Azərbaycan Premyer Liqasının XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, “Sumqayıt” – “Qarabağ” oyununda komandalar hərəyə 1 qol vurubsa, “Neftçi” “Qəbələ”ni, “Keşlə” – “Zirə”ni, “Kəpəz” “Səbail”i eyni – 2:1 hesabı ilə məğlub edib.
Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur.
Belə hal I turda yaşanmışdı. Maraqlıdı ki, onda da üç qarşılaşmada 2:1 hesabı qeydə alınıb. “Qəbələ”nin “İnter”i, “Zirə”nin “Səbail”i, “Sumqayıt”ın “Kəpəz”i eyni hesabla üstələdiyi turun digər qarşılaşmasında “Qarabağ” “Neftçi”ni yenib – 3:1. Həmin turda 13, hesabat turunda isə 11 qol qeydə alınıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq