[b]Mükafatçıların duelinin vaxtı açıqlandı[/b]
04.05.2018 - 15:15
[b]Mükafatçıların duelinin vaxtı açıqlandı[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında təxirə salınmış oyunlardan ikisinin vaxtı açıqlanıb. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, hər iki oyunda turnir cədvəlində qonşu pillələrdə yer alan komandalar üz-üzə gələcək.

 

“FK.İtaldizain Futsal” və “Neftçi” İK arasında qarşılaşma 4-cü yer baxımından önəmlidisə, digər görüş gümüş mükafatçının adına aydınlıq gətirə bilər. Mükafatçılar sırasında yer aldığı dəqiqləşən EKOL-la “Marafon Futsal” arasında matçda sonuncuları 1 xal da qane edir.

 

Belə ki, EKOL yalnız qələbə qazanacağı təqdirdə gümüş medallara iddiasını davam etdirəcək. Digər nəticələr “Marafon Futsal”a debüt mövsümünü ikinci pillədə baş vurmağa kifayət edəcək. 


XXIV tur
7 may

14:30. EKOL – “Marafon Futsal” 
Bakı İdman Sarayı


XVII tur

7 may
16:30. “FK.İtaldizain Futsal” – “Neftçi” İK

Bakı İdman Sarayı

 

1

Araz

23

20

2

1

143-34

62

2

Marafon Futsal

21

15

1

5

93-42

46

3

EKOL

22

13

2

7

96-60

41

4

İtaldizain Futsal

22

8

5

9

97-74

29

5

Neftçi İK

22

8

5

9

67-62

29

6

Yasamal

23

5

1

17

67-147

16

7

Xəmsə

23

0

2

21

49-193

2


Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 34 qol

 

0