“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müllerin taleyinə aydınlıq gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu vətənində qalmağı qərara alıb.
“Mançester Siti”, “Çelsi” və PSJ-nin maraq dairəsində olan 26 yaşlı hücumameyilli oyunçunun bir müddət əvvəl baş məşqçi Pep Qvardiola ilə münasibəti korlanmışdı. Bu səbəbdən onun legioner həyatı yaşayacağı ilə bağlı söz-söhbət yaranmışdı. Lakin Müller “Bavariya”nın yeni müqavilə təklifini müsbət cavablandırıb. Yaxın günlərdə o, Münhen təmsilçisi ilə anlaşmasını 2021-ci ilə qədər uzadacaq.
Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Müller 2008-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinir.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı