Dünya çempionatına vəsiqə qazanan Uruqvay millisi maliyyə problemi ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu üzdən futbolçularla federasiya rəsmiləri arasında münasibətlər korlanıb.
Oyunçuların narazılığı sponsorluq və yayım haqları gəlirlərindən onlara heç nə verilməməsidi. Bu məsələdə müdafiəçi Dieqo Qodin və hücumçu Luis Suares fəallıq göstərirlər. Kapitanlar qarşıdakı günlərdə komanda adından federasiya rəhbərliyi ilə görüşəcəklər. Maraqlıdı ki, bu görüşdə Uruqvay millisinin sabiq kapitanı Dieqo Luqano da iştirak edəcək. Sabiq “Fənərbaxça”lı futbolçuların hüquqlarını qorumaq üçün bu addımı atacağını bildirib.
Qeyd edək ki, Uruqvay yığması DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonasında 2-ci yeri tutub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi