Dünyanın ən yaxşı yığma məşqçilərinin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
Sorğunun nəticələrinə əsasən, 2014-cü ildə keçirilən dünya çempionatının mükafatçılarını çalışdıran mütəxəssislər siyahıda eyni ardıcıllıqla qərarlaşıb. Almaniya yığmasına rəhbərlik edən Yoahim Löv böyük fərqlə 1-ci olub. Bununla da ardıcıl 2, ümumilikdə 4 dəfə ən yaxşı seçilən İspaniya millisinin baş məşqçisi Visente del Boskenin hegemonluğuna son qoyulub. Bu dəfə ispaniyalı səs qazanan 10 məşqçi arasına da düşə bilməyib.
Argentinalı Alexandro Sabelya 2-ci, hollandiyalı Lui van Qal 3-cü olub. Ümumiyyətlə isə siyahıda Avropanın 4, Cənubi Amerikanın 3, Şimali Amerikanın 2, Afrikanın 1 komandasının baş məşqçisi yer alıb.
Qeyd edək ki, sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev də iştirak edib. O, ilk pilləni Lövə verib.
|
yer |
baş məşqçi |
komandası |
xal |
|
1 |
Yoahim Löv |
Almaniya |
220 |
|
2 |
Alexandro Sabelya |
Argentina |
71 |
|
3 |
Lui van Qal |
Hollandiya |
38 |
|
4 |
Xose Pekerman |
Kolumbiya |
31 |
|
5 |
Xorxe Luis Pinto |
Kosta-Rika |
19 |
|
6 |
Xorxe Sampaoli |
Çili |
18 |
|
7 |
Migel Errera |
Meksika |
15 |
|
8 |
Mark Vilmots |
Belçika |
9 |
|
9 |
Didye Deşam |
Fransa |
8 |
|
10 |
Stiven Keşi |
Nigeriya |
1 |