“Gözəl oyun oldu. Meydanda yaxşı mübarizə gedirdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
Cənub təmsilçisi Topaz Premyer Liqasının XXIII turunda AZAL-la səfər matçından 1 xalla ayrıldı. “Ağ-yaşıllar” son dəqiqələrdə buraxılan qollarla qələbəni əldən verdilər – 2:2.
Dənizli itirilən 2 xalı futbolçuların buraxdıqları səhvlərlə əlaqələndirib: “2 top fərqi ilə öndə olsaq da, həvəskar futbolçu səhvləri buraxdıq. Bu oyundan 3 xalla ayrılmalı olduğumuz halda, 1 xalla kifayətləndik. Buna görə çox üzgünük. Etame Mbillanı əvəzlənməsinə gəlincə, o zədələnmişdi”.