[b]Mustafa Dənizli baş məşqçi postuna qayıtsa...[/b]
26.09.2014 - 12:37
[b]Mustafa Dənizli baş məşqçi postuna qayıtsa...[/b]

“Qalatasaray”da klub prezidenti Ünal Aysalın xələfi müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, onu Alp Yalman əvəzləyə bilər.

 

Belə olacağı halda, baş məşqçi Çezare Prandelli Mustafa Dənizli ilə əvəz olunacaq. “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısının isə komandada çox böyük dəyişikliklər edəcəyi iddia olunur.

 

İlk növbədə bir neçə futbolçu ilə yollar ayrılacaq. Bunların başında Prandellinin “Napoli”dən gətirdikləri Blerim Cemayli və Qoran Pandev gəlir. 64 yaşlı baş məşqçinin Hamit Altıntopla Yasin Öztəkini də heyətdə görmək istəmədiyi sızan məlumatlar arasındadır. Sol cinah müdafiəçisi Aleks Tellesə yaxşı müştəri çıxacağı halda, braziliyalı oyunçu satılacaq.

 

Dənizlinin özü ilə isə bağlanan müqavilənin müddəti mövsümün sonunadək olacaq. Fəaliyyət uğurla olarsa, müddət uzadılacaq. Dənizli özü ilə geniş məşqçi heyəti ilə gələcək. Onun əsas köməkçilərinin Uğur Tütünəkər və Tuqay Kərimoğlu olacağı bildirilir. Fiziki hazırlıq üzrə məşqçi italiyalı Stefano Morrone, idman direktoru isə Ərdal Kəsər olacaq.

 

Qeyd edək ki, Dənizli iki dəfə - 1987/89 və 1990/92 illərdə “Qalatasaray”ın baş məşqçisi olub.