[b]Mustafa Dənizlinin bəhanəsi: Fərqli heyət düşünməliyəm[/b]
29.03.2014 - 19:23
[b]Mustafa Dənizlinin bəhanəsi: Fərqli heyət düşünməliyəm[/b]

“Qol epizodları çox olmayan bir qarşılaşma idi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının XXVIII turunda “Neftçi”yə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

 

0:1 hesablı yenilgiyə şərh verən türkiyəli çalışdırıcı heyətdə yerli futbolçuların azlığından şikayətlənib: “Oyunun əhəmiyyətini yaxşı bilirdik. Hiss olunurdu ki, 1 qol vuran komanda qələbə qazanacaq. Heyətimizdə azərbaycanlı futbolçuların yoxluğu çıxışımıza təsir etdi. Bu səbəbdən istədiyimiz qədər oyunçu dəyişikliyi edə bilmirik. Diqqətimizi kuboka yönəltməliyik. Burada fərqli heyət düşünəcəm”.