Bolqarıstanın “Pirin” klubunda çıxış edən Martin Toşev karyerasını Azərbaycana davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçunun keçidi bu ilin yayında gerçəkləşməlidi.
Bunu “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy açıqlayıb. Hazırda “Pirin”i çalışdıran kosovolu mütəxəssis yetirməsini Azərbaycan klublarından birinə göndərəcəyi ilə bağlı açıqlama verib: “Pirin”də elə futbolçular var ki, onlar ölkə xaricində çıxış etsə, bununla fəxr edə bilərik. Əksər oyunçularımızın buna gücü çatar. Belələrindən biri də Martin Toşevdi. Amma indi A qrupunda qalmaq üçün mübarizə aparırıq. Mövsümlərarası fasilədə onu Azərbaycan klublarına təklif edəcəm”.
Qeyd edək ki, Şensoy 2002 və 2004-05-ci illərdə “Turan”ın baş məşqçisi olub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi