Braziliyalı futbolçu Neymar klubunu dəyişə bilər. Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusunun xidmətində artıq iki klub maraqlıdır.
Maraqlıdır ki, hər iki namizəd Neymar üçün fantastik məbləğ ödəməyə hazırdı. Belə ki, uzun müddətdi onu heyətinə qatmaq istəyən “Real”la yanaşı, “Mançester Yunayted” də hərəkətə keçməyə hazırlaşır.
Hələ braziliyalının “Barselona”da oynadığı vaxtlarda bu transferi istəyən komandalar hətta 500 milyon avro ödəməyə razıdılar. “Le 10 Sport” portalının iddiasına görə, hər iki klub artıq bunun üçün müəyyən addımlar da atıblar. Maraqlıdı ki, fransızlar da maliyyə fair-play qaydalarından yan keçmək üçün futbolçunu böyük məbləğə satmağa isti baxırlar.
Qeyd edək ki, ötən yay PSJ Neymarı 222 milyon avro qarşılığında “Barselona”dan transfer etmişdi.