[b]Nazarov komandasına kömək edə bilmədi[/b]
11.02.2018 - 18:59
Almaniyanın II Bundesliqasında XXII turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, yığmamızın futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” də növbəti matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda “İnqolştadt”la qarşılaşıb.
Oyun qolsuz bərabərliklə yekunlaşıb. Meydana start heyətində çıxan Nazarov sona qədər oynayıb.
Qeyd edək ki, 22 oyundan sonra hesabında 24 xal olan “Erzgebirge” hazırda turnir cədvəlində 15-ci pilləsində qərarlaşıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0